Ər-Riyad razılaşması boşa çıxdı? - Rusiya və Ukraynadan ittiham

17:00 26 Mart 2025

 

Ər-Riyadda əldə olunan qarşılıqlı razılaşmalara baxmayaraq, Ukrayna və Rusiya bir-birini mülki infrastruktura irimiqyaslı zərbələr endirməkdə ittiham edib.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin danışıqlara baxmayaraq, enerji infrastrukturunu hədəf aldığını iddia edib.

Nazirliyin məlumatınada qeyd olunub ki, martın 26-na keçən gecə Ukrayna PUA-ları Krımda, Tarxankut burnu ərazisində "Qlebovskoye” yeraltı qaz anbarının avadanlıqlarına hücum etməyə cəhd göstərib.

Bundan başqa, Rusiya MN iddia edib ki, martın 25-də Ukraynaya məxsus PUA “Rosset Mərkəzi”nin “Kurskenerqo” filialının enerji obyektinə, bu gün isə səhər Bryansk vilayətində elektrik enerjisi obyektinə zərbə endirib.

Bu gün səhər Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiyanı mülki infrastruktura zərbələr endirməkdə ittiham edib və bunu Rusiyanın bu müharibəni bitirmək istəməməsinin sübutu adlandırıb.

Zelenskinin sözlərinə görə, Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna 117 PUA ilə hücum edib.

 



Xəbər xətti