Şəkidə yeniyetmələr arasında bıçaqlanma

10:42 27 Mart 2025

Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sitat.info-ya bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.



Xəbər xətti