Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "LADA Priora" markalı minik avtomobili prospektlə hərəkətdə olan zaman yolda olan torpaq təpəsinə çırpılıb.
Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü - 1989-cu il təvəllüdlü Q.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Avtomobilə isə ciddi ziyan dəyib. Məlumata görə qəza baş verən ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazılıb.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.