ABŞ-nin dörd hərbçisi müəmmalı şəkildə öldü

13:51 27 Mart 2025

Litvada Belarusla sərhəd yaxınlığındakı Pabrade poliqonunda keçirilən hərbi təlimlər zamanı dörd amerikalı əsgər ölüb.

Sitat.info bu barədə “The Guardian”a istinadən xəbər verir.

Qeyd olunub ki, onlar bir müddət öncə itkin düşüblər, daha sonra onların meyiti tapılıb.

NATO-nun Baş katibi Mark Rütte də amerikalı əsgərlərin öldüyünü təsdiqləyib: “Biz təfərrüatları bilmirik. Bu həqiqətən dəhşətli xəbərdir və düşüncələrimiz həlak olanların ailələri və yaxınları ilədir”.

Məlumata görə, hadisə baş verən zaman 3-cü piyada diviziyasının 1-ci briqadasının hərbçiləri planlaşdırılmış taktiki təlimdə iştirak edib.

Həmçinin Pentaqon da ölən hərbçiləri daşıyan M88 zirehli təmir-təxliyə maşınının tapıldığı barədə məlumatları təsdiqləyərək, onların çərşənbə axşamı təlimlərdən bu maşınla çıxdıqlarını bildirib.

Lakin amerikalı hərbçilərin hansı şəraitdə öldüyü məlum deyil. 

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.



Xəbər xətti