Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv etdi

18:00 27 Mart 2025

Martın 27-də Ermənistan Milli Assambleyasının üzvləri gizli səsvermə zamanı Baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin ediblər.

Sitat.info xəbər verir ki, 67 deputat yekdilliklə Taron Marqaryanın, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə yekdilliklə səs verib. Yalnız 2 nəfər əleyhinə çıxış edib.

Qeyd edək ki, hər iki şəxs deputat səlahiyyətlərindən sui-istifadə də ittiham edilir.



Xəbər xətti