60 konqresmendən Azərbaycana qarşı axmaq iddialar

13:51 28 Mart 2025

60 konqresmen ABŞ dövlət katibi Rubionu ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmağa çağırıb.

Sitat.info bu barədə erməni mediasına istinadən bildirir.

Sərsəm iddiaların müəllifləri Qarabağın “yerli erməni xristian əhalisinin etnik təmizləməyə məruz qalmasına, Ermənistanın suveren ərazisinin davam edən işğalına, eləcə də erməni əsirlərin qanunsuz həbsinə diqqət çəkiblər”, erməni mediası yazır.

ABŞ-ın keçmiş dövlət katibi E.Blinkenin ötən payızda öz kabinetində hazırlatdırdığı anti-Azərbaycan müraciət yenidən gündəmə gətirilib. 60 konqresmeni dövlət katibi Marko Rubionu 907 saylı Azadlığın İnkişafı Aktına düzəliş etməyə çağırıb.

Bakının guya “Artsaxın 120.000 yerli erməni xristianına qarşı etnik təmizləmə aparmasını” və digər axmaq iddiaları əsas gətirən ermənipərəst konqtesmenlər
ABŞ-ın Azərbaycana hərbi yardımının dərhal dayandırılmasını tələb edib./Musavat.com



Xəbər xətti