Ukraynanın Rusiyanın cənubuna dron hücumu nəticəsində 3 nəfər ölüb, ən azı 16 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, rus rəsmilərinin məlumatına görə, Ukraynanın cənub bölgələrinə genişmiqyaslı dron hücumu nəticəsində üç nəfər həlak olub, azı 16 nəfər yaralanıb. Hücum zamanı Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərində, həmçinin Rostov-na-Donu və Krasnodar şəhərlərində yaşayış binalarına ciddi ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində müxtəlif bölgələr üzərində ümumilikdə 249 Ukrayna dronu vurulub. Bunlardan 116-sı Qara dəniz üzərində, 92-si isə Krasnodar və Rostov vilayətləri üzərində zərərsizləşdirilib.
Rəsmi qurumların məlumatına görə, hadisə yerində fövqəladə xidmətlər və xilasedicilər çalışır. Hücumla bağlı araşdırma aparılır.
Gülxar,
Sitat.info