Nazirdən valideynlərə ÇAĞIRIŞ

12:07 23 Dekabr 2025

Rəqəmsal mühit uşaqlara yeni və bərabər imkanlar açmaqla yanaşı, müəyyən risklər də yaradır.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.

Nazir qeyd edib ki, rəqəmsal imkanların uşaqlar üçün real faydaya çevrilməsi dövlət qurumları ilə yanaşı, valideynlərin də fəal və məsuliyyətli iştirakından asılıdır.

Onun sözlərinə görə, bu istiqamətdə rəqəmsal təhsilin təşkili, normativ-hüquqi bazanın yaradılması və kiberməkanın dövlət səviyyəsində tənzimlənməsi mexanizmlərinin müəyyənləşdirilməsi əsas prioritetlər sırasındadır.

Rəşad Nəbiyev əlavə edib ki, rəqəmsal mühitdə uşaqlar təkcə texniki biliklər qazanmır, eyni zamanda onların düşüncə tərzi, dünyagörüşü və davranış modelləri formalaşır.



Xəbər xətti