Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın NATO-dan çıxmayacağına və ABŞ prezidenti Donald Trampın ritorikasının tamamilə təxribat xarakterli olduğuna əmindir.
Sitat.info xəbər verir ki, o, bu fikri özünün Telegram kanalında bildirib.
"Əlbəttə ki, nə Tramp, nə də Amerika NATO-dan çıxmayacaq. Bunun üçün heç bir səbəb yoxdur və Konqres buna icazə verməyəcək. Trampın ritorikası tamamilə ajiotaj yaratmaq üçündür və təxribat xarakterlidir. Baxmayaraq ki, Amerika kontingentinin sayını azalda bilər, təchizatı kəsə bilər, bu kimi simvolik hərəkətlər mümkündür. Amma bu addımlar həlledici deyil" - deyə o yazıb.
Nigar,
Sitat.info