Bakının daha bir küçəsində hərəkət qaydaları DƏYİŞDİ

16:41 2 Aprel 2026

Üzeyir Hacıbəyov küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılıb.

Sitat.infoz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla zolaqların sayı 5-ə çatdırılıb və həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.

Qeyd olunub ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.

Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO

Milli.Az



Xəbər xətti