Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşür.
Sitat.info TASS-a istinadən xəbər verir ki, tərəflər arasında keçirilən danışıqlarda Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzindədir.
Görüşdə əsas regional məsələlərin, xüsusilə Cənubi Qafqazda iqtisadi layihələrin, nəqliyyat və logistika əlaqələrinin bərpası və inkişafı istiqamətində müzakirələrin aparılacağı gözlənilir.