İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib

19:12 1 Aprel 2026

İran ordusu Bəhreynin ən böyük telekom operatoru olan "Batelco” şirkətinin "Amazon Web Services”in serverləri yerləşən obyektinə dronlarla zərbə endirib.
 
Yerli medianın məlumatına görə, hücumdan sonra serverləin işində kəsintilər başlayıb.
 
Belə ki, elektrik enerjisi kəsilib, data mərkəzlərində zədələr qeydə alınıb. Kəsintilər bank əməliyyatlarına və aviabronlaşdırma sistemlərinin işinə təsir göstərib.
 
Qeyd edək ki, Bəhreyn Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan indiyədək İranın 186 raket və 419 dronu Hava Hücumundan Müdafiə vasitələri tərəfindən vurulub.



Xəbər xətti