ABŞ AB ölkələrinə silah tədarükünü təxirə saldı

09:54 17 Aprel 2026

ABŞ rəsmiləri bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündəki gecikmələr barədə məlumatlandırıblar.

Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

Gecikmələrin Baltikyanı və Skandinaviya da daxil olmaqla bir neçə AB ölkəsinə təsir etdiyi bildirilir. Məlumata görə, ABŞ rəsmiləri yazışmalarda münaqişənin ABŞ arsenalını tükəndirməyə davam etdiyini, buna görə də əvvəllər imzalanmış müqavilələr çərçivəsində tədarükü tam həcmdə təmin edə bilməyəcəklərini bildiriblər.

Bildirilib ki, Ağ Ev rəsmiləri Yaxın Şərqdəki münaqişənin ABŞ müdafiə sənayesinin artan tələbatı ödəməsinə mane olacağından narahatdırlar, buna görə də dünyanın bəzi müştərilərinə tədarükü azaltmağı düşünürlər.

Aytac,

Sitat.info 



Xəbər xətti