Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüş keçirib.
Sitat.info xəbər verir ki, bununla bağlı, “Tasnim News” agentliyi məlumat yayıb.
Bu Əraqçının müharibənin başlanmasından bəri Çinə ilk səfəri kimi dəyərləndirilir.
Məlumata görə, atəşkəsdən əvvəlki həftələrdə və müharibə dövründə Çin Yaxın Şərqdə regional təhlükəsizliyi gücləndirmək məqsədilə yeni təşəbbüs irəli sürdüyünü açıqlamışdı. Pekin həmin planın bölgə ölkələrinin suverenliyinə hörmət və Hörmüz boğazında gəmiçiliyin azadlığı prinsipi əsasında hazırlandığını bildirmişdi.
Qeyd olunur ki, Çin İran neftinin ən böyük alıcılarından biridir. Son aylarda isə Çinlə əlaqəli bir neçə neft emalı zavodu İslam Respublikasının “kölgə donanması” vasitəsilə neft alışını davam etdirdiyi üçün ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalıb.
Nigar,
Sitat.info