Yaponiyanın Kyoto Universitet Xəstəxanasının alimləri insanlarda yeni dişlərin yetişməsini stimullaşdıran preparatın sınaqlarına başlayıblar.
Sitat.info xəbər verir ki, tədqiqatçılar dişlərin yenidən formalaşmasına mane olan USAG-1 adlı zülalın fəaliyyətini bloklamağa nail olublar.
Məlumata görə, siçanlar və gəlinciklər üzərində aparılan təcrübələr zamanı həmin zülalın bloklanması nəticəsində yeni dişlərin uğurla inkişaf etdiyi bildirilib.
Hazırda preparatın insanlar üzərində sınaq mərhələsi davam edir. Alimlər hesab edirlər ki, layihə uğurlu nəticə verərsə, gələcəkdə implant və diş taclarına ehtiyac xeyli azala bilər.
Tədqiqatçılar preparatın 2030-cu ildə bazara çıxarıla biləcəyini açıqlayıblar./Musavat.com