Livanda atəşkəs elan olunduqdan sonra İsrailin hava hücumları və artilleriya atəşləri nəticəsində azı 380 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail və Livan arasında əvvəlcə ABŞ prezidenti Donald Trampın elan etdiyi 10 günlük atəşkəs razılaşması əldə olunub. Daha sonra isə bu müddət bir ay uzadılıb.
Lakin buna baxmayaraq, Livanın cənubunda döyüşlər dayanmayıb. İsrail ordusu bölgəni hər gün bombardman etməyə davam edir.
“Hizbullah” isə cavab olaraq İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirir.
Müşahidəçilər bölgədə vəziyyətin hələ də gərgin olaraq qaldığını bildirirlər.
Aytac,
Sitat.info