Hakan Fidan İsrailin Qəzza və Livandakı siyasəti tənqid etdi

15:25 12 May 2026

Ankara Pakistanın ABŞ–İsrail və İran arasında gərginliyin azaldılması üçün göstərdiyi vasitəçilik səylərini dəstəkləyir.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Hakan Fidan deyib. 

Nazirin sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranmış böhran dünya üçün ciddi və “ağır” nəticələr doğurur və münaqişənin dərhal dayandırılması vacibdir.

O, həmçinin İsrailin Qəzza və Livanda həyata keçirdiyi “genişlənmə siyasətini” tənqid edib və bunun mülki əhali üçün ağır humanitar nəticələr yaratdığını vurğulayıb.

Türkiyə tərəfi Yaxın Şərqdə gərginliyin azaldılması və diplomatik həll yolunun tapılmasının vacibliyini bir daha gündəmə gətirib.

Tehran,

Sitat.info 



Xəbər xətti