Azərbaycan və  İran bölgədəki vəziyyəti müzakirə edib

13:43 13 May 2026

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı ikitərəfli münasibətləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Sitat.info xəbər verir ki, məlumata görə, Əraqçı ABŞ ilə aparılan danışıqlar prosesi barədə Azərbaycan tərəfinə ətraflı məlumat verib.

Nazir Bayramov isə Azərbaycanın münaqişələrin sülh yolu və diplomatik vasitələrlə həllini dəstəklədiyini vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Azərbaycan Xarici İşlər Nazirliyi)



Xəbər xətti