Tərəflərin öncədən razılaşdığı oyun bitir! Sülh yaxındadır: Ukrayna bu əraziləri verməli olacaq!

15:06 15 İyun 2022

Rusiya-Ukrayna müharibəsində dönüş gözlənilmir. Rusiyanın üstünlüyü və xeyli ərazi tutduğu hər kəsə bəllidir. Artıq ABŞ və Qərb də Ukraynanın məğlubiyyəti ilə barışıb. İndi isə əsas məsələ Ukrayna hökumətini ərazisini Rusiyaya verməyə razı salmaqdır. 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi Əziz Əlibəyli bildirdi ki, hazırda ABŞ-dan iddialar var ki, bütövlükdə sülh üçün ciddi danışıqlar gedir: "Amerikalı analtik Gilbert Doctorow  bu haqda məqaləsində yazıb ki, bütövlükdə Ukrayna Krımın statusunu tanımalıdır və döyüş tam dayanmalıdır. Ukraynanın 5 vilayəti - Nikolayev, Xerson, Zaparojye, Luqansk, Doneskdən Ukrayna ordusunu çıxartmalı və beynəlxalq müşahidəçilər ora daxil olmalıdır. Rusiya da zəmanət verməlidir ki, hücuma keçməyəcək. Ərazilərin taleyi ilə bağlı beynəlxalq müşahidəçilərin müşahidəsi altında referendrum keçirilməlidir. Əlbəttə ki, Ukraynanın demillitarizasiyası baş verməlidir və cavab olaraq Rusiya Ukrayna sərhəddi boyunca 30 km-lik təhlükəsizlik zonası yaradır. Nəticə Rusiyadan sanksiyalar götürülür. Proses buna gedir".

Raketlərin verilməsi məsələsinə gəlincə Ə.Əlibəyli bildirdi ki, artıq bu məsələnin gecikməsi Ukrayna rəsmilərini qəzəbləndirir: "Ukrayna hökumət rəsmisi  Arestoviç açıqlama verdi ki, Qərb "altını batırdı". Silah verməkdə əsas məqsəd çox ucuz və səfeh bir komediyanın reallaşması idi. Silahların verilməsi məsələsi də qəribədir, Ukraynaya tam olaraq kəskin silahlar verilmir və Ukraynanı Rusiya qarşısında aciz qoyurlar. Mən məsələnin Ukraynadan kənara sıçramasını gözləyürəm. Mənə amerikalı mütəxəssisin fikri daha inandırıcı gəlir. Sanki az sonra tərəflərin razılaşdığı oyunun başa çatması səbəbindən onlar sülh danışıqlarına gedə bilər".

Siyasi şərhçi hesab edir ki. NATO-nun zəifləməsində və monolitliyinin pozulmasında maraqlı qüvvələrdən biri də Türkiyədir: "İkinci məsələ isə bundan ibarətdir ki, rus və qarşı NATO cəbhəsinin yekdil ola bilməməsində mühüm rollardan birini Türkiyə oynayır.Türkiyənin milli maraqları Suriyada əməliyyatların reallaşdırılması gərəkdirirsə və bir növ Ukrayna müharibəsinə birbaşa təsir göstərirsə, onda bu kodlar NATO-onun zəifləməsi məqsədi daşıyır. Norveçin, nə də Finlandiyanın quruma üzv olmasına Türkiyə imkan verməyəcək. Və qurum daxilində separatizm yaranacaq. Yunanıstanın mövqeyi Türkiyəyə şərait yaradır ki, NATO daxilində monolitliyi pozsun. Bütün bunlar baş verdiyi bir halda Amerika Suriyanın şimalına, Hasaki bölgəsinə qoşun yeridir. Amerika qoşunu  eyni anda həm də Yemənə daxil oldu. Bütün bunları Ukrayna məsələsi üzərinə gətirib çıxaranda görürük ki, Ukraynadakı indiki vəziyyət ümumiyyətlə NATO-nun, qərbin arzu etdiyi bir mənzərəni təşkil edir.Yəni hərkəsin razı olduğu bir mənzərədir. Artıq bunlar ikinci pərdəni digər bölgələrdə açmağa başlayacaqlar".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti