Yapon şirkətləri Trampı məhkəməyə verdi

15:45 3 Dekabr 2025

 Yaponiya mərkəzli doqquz şirkətin ABŞ-dakı filialları, bu il ödədikləri əlavə gömrük rüsumlarının tam geri qaytarılması tələbi ilə ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Sitat.info xarici agetnliklərə istinadən xəbər verir ki, bir sıra Yapon şirkətləri Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək, Donald Tramp administrasiyasının Konqresin təsdiqi olmadan tətbiq etdiyi tariflərin qanunsuz olduğunu bildiriblər.

Toyota Tsusho, Sumitomo Chemical, Ricoh, Yokohama Rubber və Ushio kimi şirkətlər ABŞ-dakı filialları vasitəsilə əlavə gömrük rüsumlarına görə avtomatik geri ödəmənin təmin edilmədiyini əsas gətirərək məhkəməyə şikayət ediblər. Davalar, Ali Məhkəmə tarifləri qanunsuz hesab edəcəyi halda ödənilən bütün əlavə vergilərin geri qaytarılması məqsədi daşıyır.

Tramp hakimiyyəti İEEPA qanunu üzrə müxtəlif gömrük vergiləri tətbiq etmiş, bir çox şirkət və ştat isə bu qərarı məhkəməyə daşımışdı. Alt məhkəmə mayın 28-də bu tariflərin prezident səlahiyyətlərini aşdığını hökm etmişdi. Apellyasiya prosesi davam edir və ən son  Ali Məhkəmə noyabrın 5-də tərəflərin arqumentlərini dinləmişdi.

Nigar,

Sitat.info
 



Xəbər xətti