Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək

11:16 4 Dekabr 2025

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurası əlumat yayıb.

Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.



Xəbər xətti