Şəmkirdə mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - FOTO -YENİNLƏNDİ

09:45 4 Dekabr 2025

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info-nun  məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./APA

****

Son məlumata görə, xəsarət alanların sayı artıb. Qəzada 10-dan artıq şəxs xəsarət alıb.

 



Xəbər xətti