var. Burada olmaq və hökumətlərlə müzakirələr aparmaq bizim üçün simvolikdir.
Sitat.info xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ukraynanın Baş nazirinin müavini Aleksey Kuleba jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Ukrayna üçün tarixi gündür. Ölkəmiz ilk dəfə Ümumdünya Şəhərsalma Forumunda milli pavilyonla təmsil olunur”, - deyə baş nazirin müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan İrpendə bəzi obyektlərin bərpasına dəstək göstərir. O, bu dəstəyə görə təşəkkürünü bildirib.