Hikmət Hacıyev Bakı-Tbilisi qatarının açılmasından danışdı

14:56 19 May 2026

Prezidentin köməkçisi Hikmət Hacıyev Bakı-Tbilisi qatarının işə düşməsindən danışıb.

Sitat.info xəbər verir ki, o, hazırda bu istiqamətdə işlərin aparıldığını bildirib. “Gürcüstanla Azərbaycan arasında Bakı-Tbilisi qatarının açılması məsələsi müzakirə olunub. Hər iki liderin verdiyi tapşırıqlara uyğun olaraq, aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərir. Bu gün hər iki ölkənin hökumətləri tərəfindən birgə kommunüke qəbul olunaraq ictimaiyyətə elan edilib. Burada da işçi qaydada işlər aparılır. Hazırda ilkin səviyyədə məsələlər müzakirə olunur”,- H.Hacıyev deyib. O qeyd edib ki, sərnişindaşıma üçün Bakı-Tbilisi qatarının açılmasının həlli yolları var.



Xəbər xətti