Hacıyevdən Horadiz-Ağbənd yolu ilə bağlı açıqlama

11:15 20 May 2026

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir.

Sitat.info APA-ya xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

Vahid Hacıyevin sözlərinə görə, Azərbaycanla İran arasında sərhəd-keçid körpüsünün tikintisi yekunlaşmaq üzrədir.

“Bunlar işğaldan azad olunmuş ərazilər, ümumiyyətlə, regiona böyük töhfə verəcək”, - Vahid Hacıyev qeyd edib.



Xəbər xətti