Türkiyədə su anbarı daşdı, sakinlər təxliyə edildi

11:47 21 May 2026

Türkiyənin Tokat vilayətində son bir həftə ərzində yağan şiddətli yağışlar Yeşilırmak çayında suyun səviyyəsinin artmasına səbəb olub.

Sitat.info xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, nəticədə kənd təsərrüfatı və enerji istehsalı məqsədilə istifadə edilən Almus su anbarı daşıb.

Məlumata görə, çox sayda əkin sahəsi su altında qalıb.

Bundan başqa, təhsil müəssisələrində 3 günlük tətil elan edilən Turhal rayonunda daşqın ehtimalına qarşı hazırlıq vəziyyəti davam edir. Rayon üzrə 15 məhəllə və 7 kənd boşaldılıb. Yaşayış yerlərini tərk edən sakinlər sığınacaq və mehmanxanalara yerləşdiriliblər.

Qeyd olunub ki, çay üzərindəki iki körpünün suyun hərəkətinə maneə yaradaraq daşqın təhlükəsini daha da artırdığı müəyyənləşib. Həmin körpülər sökülüb.

İndiyə kimi can itkisi və xəsarət alanlar qeydə alınmayıb./Axar.az



Xəbər xətti