Bakıdan Tiflisə qatarla gediş-gəlişin qiyməti dəyişdirilir? - RƏSMİ

15:43 22 May 2026

"Bakı-Tiflis-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

 Sitat.info xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 25-dan etibarən Bakı-Tiflis-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.



Xəbər xətti