Sabah bu rayonlarda qaz olmayacaq

16:49 2 İyun 2026

Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 3-də Sabirabad rayonunun bəzi küçələrinin, həmçinin Şirvan şəhərinin bir hissəsinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.

Həmin gün saat 09:00-dan etibarən isə Balakən rayonunun Mazımqara və Poştbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.



Xəbər xətti