9 Mayda özü ilə Moskvaya çörək aparıbmış

20:13 2 İyun 2026

Belarus Prezidenti Aleksandr Lukaşenko 9 May Qələbə Günü münasibətilə Moskvaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə İkinci Dünya müharibəsi dövrünün xüsusi reseptləri ilə bişirilmiş unikal tarixi çörək hədiyyə edib.

Sitat.info xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Rusiya xalqlarının dillərinin dəstəklənməsi və dövlət siyasətinin reallaşdırılması Şurasının iclasında çıxışı zamanı belə bir hədiyyə aldığını etiraf edib:

“Lukaşenkonun gətirdiyi çörəklər vaxtilə Stalinqrad, Leninqrad və keçmiş SSRİ-nin digər döyüş bölgələrindəki hərbi reseptlər əsasında xüsusi olaraq hazırlanıb. Həmin dövrün Stalinqrad və Moskva çörəklərinin dadına baxmaq mənim üçün olduqca maraqlıdır”.

Xatırladaq ki, hər iki ölkə lideri bundan öncə də dəfələrlə bir-birilərinə bənzər fərqli hədiyyələr təqdim ediblər.



Xəbər xətti