Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

17:45 3 İyun 2026

İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
 
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.



Xəbər xətti