Bu istiqamətdə əlavə qatar reysləri olacaq

19:30 3 İyun 2026

Sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.




Xəbər xətti