Mundiala ən çox futbolçu göndərən klublar bəlli oldu

20:50 3 İyun 2026

DÇ-2026-nın başlamasına az müddət qalmış mundiala ən çox futbolçu göndərən klubların adları məlum olub.

Sitat.info xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” və son Almaniya çempionu “Bavariya” klubları rəhbərlik edirlər.

Məlumata görə, mundialda rekord sayda – 19 futbolçu ilə təmsil olunacaq “Mançester Siti” bu göstəricidə mütləq liderdir. Münxen təmsilçisi isə ingilislərdən cəmi bir oyunçu geri qalaraq Şimali Amerikaya 18 futbolçu göndərib.

İlk üçlüyü Çempionlar Liqasının 2025/26 mövsümünün finalçıları olan Fransa PSJ-si və Londonun “Arsenal” klubu tamamlayır. Hər iki komanda dünya birinciliyində 16 oyunçu ilə təmsil olunacaq.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-də start götürəcək və tarixdə ilk dəfə olaraq eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Sözügedən mundialda ilk dəfə 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.



Xəbər xətti