Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.
Bildirilir ki, Rövşən Muradov İstanbulda qəfil dünyasını dəyişib.
"O, sevdiyi işlə - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyədəki mühüm beynəlxalq konfransda iştirakının təşkili ilə məşğul idi. Rövşən mərkəzin təsisçilərindən biri idi və fəaliyyətə başladığı ilk gündən baş katib vəzifəsini tuturdu", - deyə paylaşımda qeyd edilib.