Dünən ABŞ prezidenti Donald Tramp İranla müharibə dövründə İsrailin Vaşinqtonun dəstəyinə ehtiyac duyduğunu bildirib.
Sitat.info xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-nin iştirakı İranla qarşıdurmada mühüm rol oynayıb və İsrail təkbaşına eyni nəticəni əldə edə bilməzdi.
“İrana qarşı etdiyimiz işlərdə çox təsirli idik. İsrailin bizə ehtiyacı var idi. Biz olmadan İrana qarşı bunu edə bilməzdilər, hətta İrana yaxın gələ də bilməzdilər”, – deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, İran yalnız bölgə üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyi olaraq qalır. “Onların bizə ehtiyacı var idi və İran əsl hətta qlobal problemdir”, – deyə o vurğulayıb.
Tehran,
Sitat.info