İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.
Bu barədə Sitat.info-ya.888 BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.
İyunun 6-da monitorinq mərkəzi seçilmiş məktəblərin siyahısı