“Azərbaycan minifutbol millisi növbəti dəfə Avropa çempionu oldu”

10:15 5 İyun 2026

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin  Avropa çempionu olması ilə bağlı paylaşım edilib.

“Sitat.info” xəbər verir ki, paylaşımda deyilir:

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.

Yaşasın Azərbaycan!”

 



Xəbər xətti