Azovda azərbaycanlıların həlak olduğu gəmidən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR : İkisi kapitan imiş... VİDEO

13:14 5 İyun 2026

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-Dona taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki gəmiyə hücumlar nəticəsində 5nəfər həlak olub. 

Sitat.info-nun əldə etdiyi məlumata görə, həlak olan azərbaycanlılardan ikisi gəminin kapitanıdır. Onlardan biri gəminin əsas kapitanı, digəri isə üçüncü kapitanı olub.  

Hadisədən sonra gəminin içindən son görüntülər redaksiyamıza göndərilib.  

Həmin videonu təqdim edirik. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti