İran tərəfinin ABŞ ilə danışıqların dayandırıldığını açıqlamasından sonra bəzi təhlilçilər bu qərarın yalnız regional proseslərlə bağlı olmadığını bildirirlər.
Sitat.info xəbər verir ki,İran rəsmilərinin Livan məsələsini əsas səbəb kimi göstərməsinə baxmayaraq, prosesin arxasında İran hakimiyyətindəki siyasi və strateji fikir ayrılıqları dayanır. Təhlillərdə qeyd olunur ki, İranın güc strukturları daxilində danışıqların gələcəyi ilə bağlı vahid mövqenin olmaması qərar qəbulunu çətinləşdirir.
Müşahidəçilər hesab edirlər ki, həm bölgədə baş verən hadisələr, həm də İran daxilindəki siyasi ziddiyyətlər ABŞ ilə danışıqların taleyinə birbaşa təsir göstərib.
Eyni zamanda bildirilir ki, Tehran 8 apreldən qüvvədə olan kövrək atəşkəs dövründən bəzi hərbi imkanlarını bərpa etmək üçün istifadə edir.
Aytac,
Sitat.info