Alimlər müəyyən ediblər ki, son 40 ildə Günəşin dərin qatlarındakı maqnit aktivliyi ciddi şəkildə dəyişib və ulduz əvvəllər müşahidə olunmayan yeni davranış mərhələsinə daxil ola bilər.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, araşdırmalar göstərir ki, Günəşin səthindəki aktivlik zəifləsə də, daxili qatlarda güclü titrəyişlər davam edir. Bu isə maqnit fəaliyyətinin səthə yaxın təbəqələrdə cəmləşdiyini göstərir.
Mütəxəssislər hesab edirlər ki, Günəşin alt qatlarında maqnit enerjisinin toplanma üsulu dəyişir və bu, onun fəaliyyət dövrlərinə təsir göstərir. 2030-cu illərdə başlayacaq yeni dövr bu dəyişikliklərin daimi olub-olmadığını göstərəcək.
Alimlərin fikrincə, Günəşin daxilindəki bu proseslərin daha yaxşı anlaşılması peyk rabitəsi, GPS sistemləri və elektrik şəbəkələrinə təsir edən kosmik hava hadisələrinin daha dəqiq proqnozlaşdırılmasına kömək edəcək.
Aytac,
Sitat.info