Peskov: Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır

19:00 5 İyun 2026

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun Vladimir Putinə çatdırıldığını təsdiqləyib.
 
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
 
"Putin Zelenskinin məktubuna qiymət verəcək, bunu gözləmək lazımdır”, — o vurğulayıb.
 
Bununla yanaşı, Kremlin sözçüsü Rusiya liderinin məktuba reaksiyasını açıqlamaqdan imtina edib.
 
Qeyd edək ki, Volodimir Zelenski iyunun 4-ü axşam yaydığı açıq məktubda Vladimir Putinə münaqişənin başa çatdırılması üçün üçüncü ölkədə şəxsi görüş keçirməyi təklif edib.
 
 



Xəbər xətti