NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir.
Sitat.info-nun Politico nəşrinə istinadən məlumatına görə, bu məbləğin 40 milyard avrosu yeni öhdəliklərdən, 30 milyard avrosu isə Aİ-nin əvvəlki yardım paketindən formalaşacaq.
Təşəbbüs Almaniya tərəfindən irəli sürülüb və məqsəd Ukraynaya dəstək yükünü NATO ölkələri arasında daha ədalətli bölüşdürməkdir.
Məsələnin iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində müzakirə olunacağı gözlənilir. Mənbələr bildirirlər ki, ilkin razılıq artıq iyunda müdafiə nazirlərinin görüşündə əldə oluna bilər.
Aytac,
Sitat.info