İran-Əfqanıstan sərhədində toqquşma: Ölənlər var

11:56 6 İyun 2026

İran sərhədçiləri ilə terrorçu qruplaşma arasında güclü atışma baş verib.

Sitat.info xəbər verir ki,  İranın Sistan və Bəlucistan vilayətinin Zabol sərhəd alayında baş verən qarşıdurma nəticəsində 6 terrorçu zərərsizləşdirilib.

 İran Polis Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanlığından bildirilib ki, ötən gecə ölkə ərazisinə daxil olmaq və sərhəd məntəqələrinə hücum etmək istəyən silahlı qrupla sərhədçilər arasında şiddətli atışma baş verib.

Açıqlamaya görə, əməliyyat zamanı silahlı qruplaşmanın 6 üzvü zərərsizləşdirilib.

Sərhədçilər ərazinin təmizlənməsi zamanı 2 ədəd tapança və xeyli miqdarda sursat aşkarlayıblar.

Qeyd edək ki, Zabol şəhəri İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətində yerləşir və Əfqanıstanla sərhədə yaxın ərazidir./APA



Xəbər xətti