Baş mühəndis institutun rəhbəri oldu

17:50 6 İyun 2026

Dilqəm Qəniyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-yə rəhbər təyin edilib.

Sitat.info Report-a istinadla xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, o, indiyə qədər İnstitutun baş mühəndisi olub və yeni vəzifəsində ötən ay agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinə təyinat almış Azər Nemətlini əvəz edib.

Qeyd edək ki, "Azəryolelmitədqiqatlayihə İnstitutu" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 240 min manatdır.



Xəbər xətti