ADY-dən fantastik nəticə: Bir ayda 1,6 milyon tondan çox yük...

16:35 8 İyun 2026

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən "Sitat.info"ya bildirilib.

  Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, qeyd olunan dövrdə tranzit daşımaları 700 min tonu ötərək keçən ilin göstəricisini 34% üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236 480 ton) artım qeydə alınıb.

 



Xəbər xətti