Pezeşkian: “İran heç bir təhdid qarşısında geri çəkilməyəcək”

16:40 8 İyun 2026

Bu gün İran prezidenti Məsud Pezeşkian İsraillə gərginlik fonunda “X” hesabında paylaşım edib.

Sitat.info xəbər verir ki, o, İranın əsas prioritetinin milli təhlükəsizlik və xalqın dincliyi olduğunu bildirib.

“Ölkə öz vətəndaşlarının hüquqlarını qətiyyətlə müdafiə edəcək və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik”, - deyə, o vurğulayıb.

Prezident qeyd edib ki, diplomatiya və müdafiə milli gücün iki əsas sütunudur və İran nə danışıqlar masasını, nə də siyasi prosesləri tərk edib.

Pezeşkian əlavə edib ki, İran birliklə bu sınaqlardan çıxacaq.

Nigar,

Sitat.info



Xəbər xətti