Bu gün havanın isti keçməsi səbəbindən 125 nömrəli marşrut avtobusunda sərnişinlərdən birinin halı pisləşib.
Sərnişin Sitat.info-ya bildirib ki, avtobusda kondisionerin işləməməsi sərnişinlər üçün ciddi narahatlıq yaradıb.
“Bu gün paytaxtda hava temperaturu 24 dərəcə olsa da, asfalt örtüyünün üzərində bu göstərici daha yüksək – təxminən 30-35 dərəcəyə çatır. Mən və digər sərnişinlər sürücüyə iradımızı bildirdik, lakin o, kondisionerin nasaz olduğunu dedi”,
Onun sözlərinə görə, 99 JU 374 dövlət qeydiyyat nişanlı avtobusda həm sərnişin sıxlığı, həm də yüksək temperatur dözülməz şərait yaradıb.
Qeyd edək ki, avtobuslarda kondisionerlərin işə salınması ilə bağlı AYNA konkret təqvim tarixindən deyil, hava şəraitindən çıxış etdiyini bildirir. Qurumun daxili qaydalarına əsasən, kondisionerlər adətən 15 iyundan etibarən aktivləşdirilir. Bununla belə, AYNA hava şəraitinin tələb etdiyi hallarda kondisionerlərin daha erkən istifadəsinin də mümkün olduğunu açıqlayıb.
Bəs bu halda niyə kondisioner işləmirdi? Qurum sərnişinlərin rahatlığı ilə bağlı tədbir görürmü?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Aytac
Sitat.info