İran hökuməti hava məkanının bağlandığını elan edib.
Bu barədə "Al-Jazeera" "Mehr" informasiya agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bütün daxili reyslər də ləğv edilib. Məhdudiyyətlər xüsusi göstərişə qədər qüvvədə olacaq.
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.