Bakıda oteldə kişi meyiti tapıldı

12:06 9 İyun 2026

Bakıda oteldə meyit tapılıb.

Sitat.info  lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən ooteldə qeydə alınıb.

Otelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



Xəbər xətti