Rusiya bu 3 ölkədə təsirini itirir - Zelenski Kremlin uğursuzluğundan danışdı

14:24 9 İyun 2026

Ukrayna Prezidenti Vladimir Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya Azərbaycan, Ermənistan və Moldovada təsirini itirir.

Sitat.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya son zamanlar beynəlxalq arenada bir sıra siyasi geriləmələrlə üzləşir və tədricən müxtəlif ölkələrdə təsirini itirir. O qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki mövqelərini qoruya bilmir.

Zelenski həmçinin bildirib ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri nəticə vermir və xarici siyasət kursu daha da beynəlxalq təcridə gətirib çıxarır.

Bundan əlavə, Ukrayna lideri regionun bir sıra ölkələrində baş verən siyasi dəyişikliklərə toxunaraq Moskvanın bu ölkələrdəki təsirinin zəiflədiyini iddia edib. Onun sözlərinə görə, bu, Rusiyanın dünya siyasətindəki ümumi mövqeyinə təsir göstərir və həm xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Nigar,

Sitat.info



Xəbər xətti