Dünən Taliban rəhbərliyinin dövlət və hökumət işçilərinə mobil telefonlardan istifadəni qadağan edən yeni şifahi əmr verdiyi bildirilir.
Sitat.info xəbər verir ki, məlumata görə, Taliban lideri Heybətullah Axundzadə tərəfindən verilən göstərişdə qaydanı pozanların “cinayətkar” kimi dəyərləndiriləcəyi və cəzalandırılacağı qeyd olunub.
Əmr Taliban Ədliyyə Nazirliyi vasitəsilə ölkənin səkkiz bölgəsində yerləşən hərbi məhkəmələrə çatdırılıb.
Sənədə əsasən, icranın nəzarəti üçün məsul şəxslərin siyahısı hazırlanıb və onların məlumatları ayrıca qeydiyyata alınıb.
Bundan əvvəl də Taliban Təhsil Nazirliyi məktəblərə və dini təhsil müəssisələrinə smartfon gətirilməsini qadağan etmişdi. Belə ki, təhsil naziri telefonları “müsəlmanların üç əsas düşmənindən biri” adlandırmışdı. Rəsmilər universitetlərdə də telefon istifadəsinə məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdılar.
Aytac,
Sitat.info